YAXŞI, OXUMAQ BEYNİMİZƏ NƏCƏ TƏSİR EDİR?

Aparılan tədqiqatlar nəticəsinə görə oxumaq beyində mürəkkəb dövrə və siqnallar şəbəkəsini stimullaşdırır. Üstəlik, biz oxumaq qabiliyyətinizi təkmilləşdirdikcə, bu şəbəkələr daha güclü inkişaf edir Başqa bir araşdırmada tədqiqatçılar roman oxumağın beynimizə necə təsir etdiyini ölçüblər. Tədqiqatın iştirakçıları Robert Harrisin “Pompey” romanını oxudular və hekayədəki məsələləri təhlil edildikcə beynin daha çox sahəsi aktivləşdirildi.

Ən yaxşı maraqlı hissə isə beynin Skanlar göstərdi ki, beyinin inkişafı oxuyarkən və ondan sonrakı günlər ərzində artıb. Bu da , hər gün kitab oxumağın böyük faydalarını nümayiş etdirir.
Nəticə etibarı ilə beynimizdə əzələlərimiz kimi “istifadə et, ya itir” siyasəti var. Başqa sözlə, ağlımızı müntəzəm olaraq məşq etməsək, idrak qabiliyyətlərimiz azala bilər. Ancaq hər gün oxuduğumuz zaman onları güclü və sağlam saxlaya bilərik.

Daha bir aspekt isə kitab oxumaq insanda fokuslanma qabiliyyətini yəni diqqəti inkişaf etdirir.
Uzun müddət ərzində konsentrə olmaq və diqqəti cəmləyə bilmək uğurumuz və rifahımız üçün vacibdir. Deep Work kitabının müəllifi Cal Newport yazır:
“İqtisadiyyatınızda dəyərli qalmaq üçün siz mürəkkəb şeyləri tez öyrənmək sənətinə yiyələnməlisiniz. Bu iş dərin zəhmət tələb edir.”
“Dərin iş” nədir? Newport izah edir:
“Dərin iş diqqəti yayındırmadan idrak tələb edən bir işə yönəltmək bacarığıdır. Bu, mürəkkəb məlumatı tez mənimsəməyə və daha az vaxt ərzində daha yaxşı nəticələr əldə etməyə imkan verən bir bacarıqdır. Dərin iş sizi gördüyünüz işdə daha yaxşı edəcək və uğura rahatlıqla çata biləcəksiniz.”
Newport həmçinin iddia edir ki, bu bacarıq daimi çoxlu tapşırıqlar, bildirişlər və sosial media proqramları səbəbindən getdikcə nadir hala gəlir. “Microsoft” şirkətinin apardığı araşdırma, insanların ümumiyyətlə cəmi səkkiz saniyədən sonra diqqətini itirdiyini aşkar ediblər.
Məhz oxumağın əsas faydalarından biri də odur ki, o, bir anda yalnız bir şey üzərində cəmləşməyə yəni fokuslanmağa kömək edir.
Məsələn, bir roman sizi başqa bir dünyaya aparması üçün bütün diqqətinizi tələb edir. Və qeyri-bədii kitabdan öyrənmək istəyirsinizsə, bu, sizdən tam hazır olmağınızı və məşğul olmanızı tələb edir. Bir sözlə, uğur qazanmaq istəyirsinizsə, diqqətinizi cəmləməlisiniz. Və daha çox diqqət etmək istəyirsinizsə, kitab oxuyaraq məşq edə bilərsiniz.

Həmçinin hafizəninin gücləndirilməsində kitab oxumanın misilsiz rolu vardır. Hətta son zamanlar aktual bir xəstəlik növü olan alzheimer xəstəliyindən bir növ uzaqlaşa bilərsiz. Bu xəstəliyin əlamətlərindən biri yaddaşsızlıqdır.

Yuxarıda qeyd etdiyim kimi kitab oxumaq təsəvvürün formalaşdırılmasında rol oynayır. Təsəvvürün insan həyatında əhəmiyyətini vurğulayan alimlərdən biri də , Albert Enişteyn olmuşdur. Albert Eynşteyn “Yaradıcılıq zəkanın əylənməsidir”fikrini qeyd etmişdir. Bu sitatdan da , zəka ilə yaradıcıllığın əlaqəsi öz əksini tapır. Yaradıcılıq insan təbiətinin əsas cəhətidir və o, dünyamızı qeyri-adi şəkildə formalaşdırmaq gücünə malikdir. İstər sənətdə, istər elmdə, istərsə də gündəlik həyatda yaradıcılıq bizə problemləri həll etməyə, yeniliklər etməyə və özümüzü unikal və mənalı şəkildə ifadə etməyə imkan verir. Albert Eynşteynin yaradıcılıqla bağlı bu valehedici mövzuya işıq salan sitatları mövcuddur. Həmin sitatlara nəzər salaq.

Xəyal bilikdən daha vacibdir.
Albert Eynşteyn

Eynşteyn inanırdı ki, təxəyyül yeni imkanları açmaq və dünya haqqında anlayışımızı genişləndirmək üçün açardır. Bilik təməli təmin etsə də, bizə məlum olandan kənara çıxmağa və yeni sərhədlər kəşf etməyə imkan verən təxəyyüldür.

Zəkanın əsl əlaməti bilik deyil, təxəyyüldür.
Albert Eynşteyn

Eynşteyn başa düşdü ki, zəka təkcə insanın bilik toplaması ilə deyil, həm də yaradıcı düşünmək və yeni əlaqələr qurmaq bacarığı ilə ölçülməlidir. Əsl intellekt mövcud məlumatların hüdudlarından kənarda düşünmək bacarığındadır.

Yaradıcılıq yoluxucudur.
Albert Eynşteyn

Eynşteyn anlayırdı ki, yaradıcılıq tək bir iş deyil, birgə prosesdir. Yaradıcı ideyalarımızı başqaları ilə bölüşdükdə, biz onları da yaradıcı düşünməyə ruhlandırır və həvəsləndiririk, innovasiya dövrünü təşviq edirik.

Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparacaq. Təsəvvür sizi hər yerə aparacaq.
Albert Eynşteyn

Eynşteyn həm məntiqin, həm də təxəyyülün vacibliyini vurğulayırdı. Məntiq bizə problemləri həll etməyə və məlum olanda naviqasiya etməyə kömək etdiyi halda, təxəyyül bizə kəşf edilməmiş əraziləri araşdırmağa və bilinməyənləri kəşf etməyə imkan verir.

Elm adamları bir növ rəssamdırlar.
Albert Eynşteyn

Eynşteyn sənət və elmin kəsişdiyini qəbul edərək, yaradıcılığın təkcə sənət sahəsi ilə məhdudlaşmadığını  ön plana çəkir . Elm adamları, rəssamlar kimi, biliyin sərhədlərini aşmaq və yeni kəşflər etmək üçün təxəyyül və yaradıcı düşüncədən istifadə edirlər.

Daha bir kitab oxumanın aspekti isə yazı bacarıqların inkişaf etdirilməsidir.

Daha bir kitab oxumanın aspekti isə yazı bacarıqların inkişaf etdirilməsidir.  Son zamanlar esse və digər yazı növlərinə üstünlük verilir. Kitab oxumaqla cümlələrin düzgün yazılışı haqqında məlumata sahib oluruq. Eyni zamanda nitqin inkişafında kitab oxumaq faydalıdır. Zəngin söz ehtiyyatına sahib oluruq. Efekktiv ünsiyyət qurmaq həyatın  vacib bacarıqlarından biridir. Araşdırmalara görə işəgötürənlərin 69%-i effektiv ünsiyyət  bacarıqlara malik insanları işə götürürlər. Mütaliə həm də başqalarına qarşı  empati qurmaq və anlamaq qabiliyyətimizi artırmaqla ünsiyyət bacarıqlarımızı inkişaf etdirməyə kömək edir. Demək ki, ünsiyyət qurmağın, empatiya yaratmağın əsas yolu mütaliə etməkdən keçir. 

Həmçinin mental sağlığın inkişaf etdirilməsində mütaliənin rolu əvəzsizdir. Tədqiqatçılar özünə kömək də kitabın rolunu aydınlaşdırıblar. Psixi pozğunluqlar və depresiyyanın azaldılmasında təsirlərini öyrəniblər. Nəticədə Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) yaxşı oxumaq adlı kitab resepti proqramına başlayıb . Bu xidmət müəyyən şərtlər üçün tibbi ekspertlər tərəfindən hazırlanmış özünə kömək kitablarını təyin edirlər. Kitabların terapiya kimi istifadə edilməsinə “biblioterapiya” deyilir.

​Son olaraq  bu məqaləmin nəticəsini A.M.Upit “Kitab həyatın ən uzaq və qaranlıq  yollarında insana bəxş olunan əfsənavi çıraqdır’’ fikriylə tamamlayıram.

QƏNİYEVA TÜRKAN

Təxəllüs: Türkan Allen

en_USEN