KİTAB DÖYƏR YOXSA KİNO?

Kitablar kinolara nəzərən daha əvvəl mövcud olmuş , bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bizim öyrənməyimizdə, dincəlməyimizdə və s kimi fəaliyyətlərdə kitabların misilsiz rolu vardır. Filmlər tarixi kinolara nəzərən yeni olmasına baxmayaraq daha çox populyarlıq əldə etmişdir. Bu da “kitab döyər yoxsa kino ?” sualının yaranmasına gətirib çıxarır.
Bu sual ümumi olsa da, daim öz aktuallığını saxlamaqdadır. İnsanlar fərqli olduqları üçün düşüncə tərzləri də fərqlidir. Bir qrup insan kitabı kinodan üstün digər qrup isə əksinə olaraq kinonu kitabdan üstün sayırlar. İndi isə həmin insanların fikirlərinə nəzər salaq.

Kitab oxuyan insanların fikirləri :

  • Dərin düşünmə , inkişaf etmə
    Kitab oxumaq faydalıdır çünki təfəkkürü formlaşdırır , inkişaf etdirir. Kitab oxuducuqca həyata, dünyaya baxış formanda dəyişir. Təhlil etmək qabiliyyəti inkişaf edir. Bir sözlə müdrikləşməkdə kitab oxumağın rolu əvəzsizdir.
  • Daha çox məlumatlı olma
    Filmlərlə müqayisədə kitablarda daha çox məlumat olur. Ən uzun filmin müddəti 120 dəqiqə olduğunu nəzərə alsaq filmlərdə bütün məlumatları tam öz əksin tapmır. Kitablarda olan məlumatların həcmi kiçildilərək nümayiş etdirilir. Buna görə də kitab oxuyanlar kinodakı xarekterlər haqqında daha çox məlumatlı olurlar. Ancaq film izləyənlər az məlumata sahib olduqları üçün onlarda daha çox suallar yaranır. Belə bir vəziyyət izləyicilərdə gərginliyin yaranmasına səbəb olur.
  • Mövzunun mənasının itməsi
    Bir sıra filmlər var ki, orginaldan dublaj olunduqda( tərcümə edildikdə) əsas ideya itə bilər. Mövzunun əsas ideyası izləyicəyə anlaşılmaya bilər. Ancaq oxucular bu problemlə üzləşmirlər. Belə ki, onlar mövzunun əsas ideyasını kitab oxumaqla, təhlil edərək əldə edirlər.
  • Filmlər də təsəvvürün hüdudlanması
    Kinorejissor parametrlər və personajlar barədə qərar verdikdən sonra biz həmin personajları və parametrləri onların gözü ilə görməklə məhdudlaşırıq. Bununla belə, eyni kitabın 500 fərqli oxucusu personajın görünüşü ilə bağlı 500 fərqli fikrə sahib ola bilər.
  • Həyatımızın dəyişməsində kitabların rolu
    Kitablar bilik verməklə yanaşı , həyatımızın dəyişilməsində də, iz qoya bilər. Kitablar özlərində əxlaqi , mənəvi dəyərləri özündə cəmləyir. Həyat haqqında daha çox məlumat əldə edirsən. Sanki bir müəllim kimi insanı həyata hazırlayır. Düşüncələrimizə müsbət təsir edərək davranışlarımızı təkminləşdirir.
  • Dil öyrənmədə lazım olan 4 bacarığın formalaşdırılması.
    Adətən dil imtahanlarında 4 aspektli prosedur tədbiq olunur. Bunlara oxumaq, yazmaq, dinləmək və danışmaq daxildir. Həmin bu sadalanan bacarıqlar kitabda öz əksini tapmışdır. Məsələn Audio kitabları vasitəsi ilə həm sözlərin düzgün tələffüsü öyrənilir, yazı qaydalarına bələd olunur, həm də söz bazası oxucuda inkişaf edir.
  • Başqa bir dünyaya açılan qapı
    Oxucular oxuduqları əsərdəki dünyaya səyahət edirlər. Real həyatla əsərdəki həyat arasında bir əlaqə yaranır. Oxucu real həyatdan uzaqlaşaraq əsərdəki həyatla əlaqəyə daxil olur. Sanki kitablar zaman maşını rolu oynayır. Beləliklə oxucu oxuduğu əsərdəki həyatdan zövq almağa başlayır.
  • Stressin azadılması
    Kitablar istirahəti gücləndirir. Beyni sakitləşdirir.
    Tədqiqatçılar kitabların televizora baxmaqdan və ya elektron kitabları dinləməkdən qat-qat üstün olduğunu deyirlər. Kitablar depressiyanı azaldır və stressi azaldır.
  • Xarekterlərin filmlərə nisbətən sabit qalması
    Kitablarda əsərin qəhrəmanları dəyişdirilmir, sabit qalır. Lakin fimlərdə belə deyil. Aktyorlar dəyişə bilər. Bu da marağın itməsi ilə nəticələnə bilər.
    Digər qrupun fikirlərinə yəni filmi kitabdan üstün tutanların aspektindən baxaq.
  • Qısa zamanda tez nəticə əldə etmək
    Filmə baxarkən istifadə olunan zaman kitab oxuyarkən istifadə olunan vaxtdan daha qısadır. İşləyən insanların asudə vaxtları qısa olduğundan onlar filmə baxmağı daha üstün tuturlar. Beləliklə xarekterlər haqqındakı məlumatı kitab oxuyanlara nisbətən daha tez əldə edirlər.
  • Vizullaşdırma
    Filmlərdəki vizuallıq kitablara nisbətən daha çoxdur. Təxəyyül səviyyələri fərqli olduğundan canlı təsvirləri bəziləri daha yaxşı yaradır, digərləri isə vizuallaşdırmada çətinlik çəkir. Məhz bu səbəbdən filmi daha ideal hesab edirlər.
  • Hekayə xarekterlərinin canlanması
    Aktyorlar kitabdakı qəhrəmanları oynadıqları rol ilə bir növ real həyata gətirirlər. Sanki bu qəhramanlar bizim dünyamızda yaşayır , cəmiyyətin bir üzvünə çevrilir.
  • Çox insanın eyni anda iştirak etməsi
    Kitablara nəzərən filmə bir neçə insanla bərabər baxa bilərsən. Məsələn bu insanlar ailə üzvlərindən biri olar, qohumun ola bilər, dostların ola bilər və s. Ancaq kitablar da bu vəziyyət reallaşa bilmir. Eyni anda bir kitabdan çox insan oxuya bilməz. Eyni bir kitabdan eyni anda yalnız bir insan oxuya bilər.
  • Bir sənət növü
    Fimlərdə aktyorlar rol oynadıqlarına görə , bu cəhətdən filmlər bir sənət növüdür.
  • Az təsəvvürə ehtiyac
    Kitablara nəzərən filmlər də təsəvvürə az ehtiyac duyulur. Çünki filmlərdə əsər səhnələşdirilir.

Nəticə

Bütün bu deyilənləri nəzərə alaraq kitab oxumaq bizlər üçün daha faydalıdır. Təbii ki,burda kinonun müsbət cəhətlərini arxa plana qoymuram. Beynin sağlam və güclü qalması üçün daim məşq elətdirmək lazımdır. Kitab oxumaq məhs bu məşqlərə aiddir. Oxumaq niyə bu qədər vacibdir?. Oxumağın vacibliyini 17-ci əsrdə yaşamış ingilis yazıçısı Cozef Addisonun qeyd edib. Qeyddə isə “ hərəkət bədən üçün idman sayılırsa oxumaq da, ağıl üçün idmandır ”.

Yaxşı, oxumaq beynimizə  nəcə təsir edir? Davamı növbəti bloqumuzda..

QƏNİYEVA TÜRKAN

Təxəllüs: Türkan Allen

en_USEN