UŞAQLAR VAR ŞƏRAİT YOXDUR? YOXSA UŞAQLARI ÖYRƏDƏCƏK KADR YOXDUR?

Günümüzdə üzə çıxan istedadlı gənclərin gettikcə sayı azalır. Bu zaman da istər istəməz insanın ağlına bəzi suallar gəlir. Gənclərin istedadlarını üzə çıxarmalarında yəni daxillərində gizli olan potensiyalı tapmaqda kim onlara kömək edir? Hərkəsin doğulduqdan ölənə qədər aid olduğu vəzifəni yerinə yetirmək üçün dünyaya gəldiyinə inanıram. Bəs insanların həyatına təsir edən bu vəzifəni kim tapmalıdır? Hələ həyatı anlaya bilməmiş gənclər yoxsa onları irəlidəki həyatına hazırlayan müəllimlər və ya doğulduqlardından bəri birgə yaşadığı hamıdan doğma olan ailə? Doğrusu bu suala cavab vermək o qədər də asan iş deyil. Məncə bu yolda hamıya müəyyən qədər pay düşür. Xüsusilə də müəllimlər uşağın böyüyüb həyata düzgün atılması üçün önəmli rol oynayır. Uşağın sahib olduğu öz gizli istedadlarını tapmaqda ona kömək olan müəllimlər həqiqətən də uşaqların həyatında qaranlığı işıqlandıran şamtək mühim rol oynayır. İndi isə cavab verməli olduğumuz başqa suallar yaranır. Bəs müəllimlər bu vəzifəni yerinə yetirə bilir mi? Uşaqların həyatını dəyişdirəcək qədər mühim rol oynayırlar mı onların həyatında? Ən əsası vəzifələrinin dərs keçməkdən çox daha mühüm olduğunu anlayırlar mı? Müəllimlik müqəddəs bir peşədir. Demək istədiyim odur ki yalnızca dərs keçməklə bu peşəyə layiq olmaq olmaz. Çünki universiteti bitirən hərkəs müəllim adını qazanır. Lakin bu adı daşımağı bacaranlar çox azdır. Həmçinin düşünürəm ki bu peşə heç də hərkəsə uyğun deyil. Uşaqlara sevgi ilə yanaşmağı bacarmayan, səbirsiz insanların bu peşədə necə irəlilədikləri ara sıra xəbərlərdə göstərilir. Şagirdinə şiddət göstərən müəllimlərə cəmiyyətdə bəziləri haq versə də hərkəsin bir şəxsiyyət olduğunu unutmamaq lazımdır. “Sənə necə davranılmasını istəyirsənsə ətrafındakılara də elə davran.” deyə bir söz vardır. Bəlkə də problem hər zaman şagirddə deyildir. Cəmiyyət onu təşkil edən insanları böyüdən müəllimlərdən asılıdır. Əgər günümüzdə müəllim olan şəxslərin bu peşəyə layiq olub olmadığını bilmək istəyirsinizsə onda yaşadığınız dünyaya baxmağınız kifayətdir. Hətta çox uzağa getmədən ətrafınıza belə baxsanız bu sualın cavabını görəcəksiniz. Uşaqları sevməyən birinin müəllim olması, qandan qorxan birinin həkim olması qədər toplum üçün yararlıdır. Əlbəttə ki, az da olsa bu peşəyə həqiqətən layiq olan əsl müəllimlər də var. Lakin belə müəllimlərə rast gəlməyən uşaqların taleyi necə olacaq? İnsanlar gündəlik yaşamın problemlərinə o qədər fokuslanıblar ki `Axrıncı dəfə nə vaxt başınızı qaldırıb səmaya baxdınız?` deyə soruşulsa donub qalan insanlar olacaq. Lakin eləcə ətrafınıza belə baxsanız nəin ki böyüklərin uşaqların belə üzünün gülmədiyini görəcəksiniz. Bu qədər kədər və qəzəb gettikcə azalan yaxşılığın çətinliklə döndürdüyü bu dünyaya çox ağır gəlmir mi? Açıqcası məncə insanlar dünyaya çox böyük bir məna yükləyirlər. Və buna görə də başlarına gələn hər problemə görə dünyanı günahlandırırlar. Bəzən ətraflarındaki insanları da günahlandıra bilirlər. Lakin insan heç vaxt özünü bu hesablaşmaya daxil edə bilmir. Bəlkə də içdən içə ən böyük problemin özündə olduğundan xəbərdardır. Lakin özünü günahlandırmaqdansa başqalarını və ya özünü müdafiə etməyi bacarmayan dünyanı günahlandırmaq daha asandır.  

Uşaqların həyatını dəyişən, potensiallarını üzə çıxarıb gələcəyinə uğurlu addım atmasına kömək edən müəllimlər də var, “Səndən heç nə olmaz.” deyib bəlkə də gizlidən gizliyə həmin uşağın xəyalını qurduğu hər şeyi yox edən müəllim də. Bəlkə belə müəllimlərin uşaqlara dedikləri bu sözlər sabah yadlarından çıxa bilər, lakin həmin uşaq hər dəfə yeni bir işə atılmaq istəyəndə ağlına həmin sözlər gələcək. Heç çalışmadan onsuzda məndən heç nə olmayacaq deyib vəziyyəti qəbul edəcək. Ətrafındaki insanlar da onun belə olduğunu düşünəcək və həmin uşaq da zaman keçdikcə həqiqətən deyildiyi kimi olacaq. Bəs görəsən insanlar bu uşaq haqqında müxtəlif negatif fikirlər düşündükdə `Niyə görə belə olub?` deyə bir sualı heç özlərinə verirlər mi? `Hələ cavan olan ruhunun həyacanını bir anda kim məhv etti?` `Bu uşaq bu yaşda niyə belə davranır?` deyə kimsə soruşdumu heç? Əlbəttəki yox. Çünki soruşulan suallara cavab tapmaq lazımdır. Cavabsız qalan suallar insanları narahat edir. Cavabsız qalan suallardan daha çox isə cavablarını bildiyi ama qəbul etmək istəmədikləri suallar narahat edir insanları. Bu sualları özlərinə verərək cavabları qəbul etmək istəməyən o qədər çox insan var ki. Amma günah belələrində də deyil. Çünki onlar bu cür yaşaya bilirlər. Bəzi həqiqətlərə göz yumaraq, bəzi cavablara nəzər yetirməyərək, bəzi cavabsız suallara cavab axtarmağa çalışmayaraq. Əgər insan yaşadığı bu aləmi bir dəfə sorğulamağa başlasa bunun sonunun gəlməyəcəyini bilir. Cavabsız qalan suallarına görə şübhəyə düşəcəyini və onsuz da itirdiyi lakin qəbul etmək istəmədiyi həyat sevincini tamamilə itirəcəyini bilir.  

Həmçinin başqa bir problem də maddiyatdır. Həqiqətən istedadı olan uşaqların bu istedadlarını daha da inkişaf etdirə bilməsi üçün gedəcəyi kurslar böyük məbləğlər tələb edir. Belə olduqda da ailə həmin məbləği qarşılaya bilmir. Maddi durumu olan lakin həmin sahəyə bacarığı olmayanlar isə bu kursları yalnızca vaxt itkisi olaraq görür və ailələrinin təkidi üzərinə bu kurslara gəlirlər. Həmçinin bu uşaqların da öz bacarığı olan sahəyə yönəldilməməsi yenə potensiyalın yavaş yavaş məhvinə gətirib çıxarır. Maddi problemləri xüsusilə vurğulamaq lazımdır. Çünki mənim fikrimcə təhsilin gənclərə verəbiləcəyi bütün imkanlar ödənişsiz olmalıdır. Bu halda həm maddi durumu zəif olan ailələr heç bir çətinlik çəkmədən uşaqlarına dəstək ola bilərlər, eləcə də uşaqlar istədikləri sahəyə yönələ bilərlər. Başlanğıcda kitabların ödənişsiz olmasını nümunə gətirmək olar. Kitab sevərlər məhz qalxan kitab qiymətlərinin nəcə hissetdirdiyini bilirlər. Gün keçdikcə kitab oxumaq belə bahalı bir hobbiyə çevrilir. `Almazdan alınmayan vergi kitablardan alınırdı. Çünki almaz alandan deyil kitab oxuyandan qorxmaq lazımdır.` deyə Emil Zolanın bir ifadəsi var. Kitabların insan üçün nə qədər əhəmiyyətli olduğu həqiqəti bu cümlə ilə sonlandırılıb. 

Təkcə kitab oxumaq deyil  insanın özünü hər tərəfli inkişaf etdirə bilməsi çox vacibdir. Məhdud zamanlı bu həyatı daha dəyərləndirmək üçün ona özümüz də məna qatmalıyıq. Xoşbəxtlik və bütün insanların indiyə qədər axtardığı mənanı yalnızca həyatdan gözləmək sehrbazın öz şousunun sirrini izləyicilərinin önündə açmasına bənzəyər. İlk öncə hamı təəccüblənər, lakin sonra hərkəs bu tamaşanın elə də heyrətləndirici olmadığını düşünüb bütün marağını itirər. 

Uşaqların potensiyalını üzə çıxarmağı bir kənara qoyaq bu potensiyalı bilərəkdən məhv etməyə çalışan müəllimlər belə var. Kiçik yaşlarda `Böyüyəndə nə olacaqsan?` sualına `Kosmonavt, rəssam, yazıçı` deyən uşaqlar artıq `Hansı peşə daha çox pul qazandırırsa` deyə cavab verir. Məktəblərdə `ikinci dərəcəli` deyə adlandırılan dərslər çox vaxt nəzərə alınmır. Bu halda da idmana, rəsmə və.s. marağı olan uşaqlar bu sahələrdən soyumağa başlayır və fərqli qalıb bu dünyayla tək başına mübarizə aparmaqdansa, eyniləşib həyatı axarına buraxmağı seçir. Bu uşaqların heç bir cəhd etmədən təslim olduğunu düşünməyin əsla. Belə sahələrlə maraqlandığını və gələcəkdə də buna uyğun bir peşə seçmək istədiyini ailəsinə, dostlarına, müəllimlərinə söylədikdə həmişə eyni cavab aldılar. “Bunlar boş şeydir. Əsas pul qazandıran bir iş seç. Həyatını rahat yaşa.” və nə zaman bu istəyini başqasına desə eyni cavabı alacağını bildikləri üçün gənclər artıq onlar üçün öncədən planlanmış həyatı seçməyə məcbur qalırlar. Əvvəllər bu istəkləri qarşısında onlara verilən cavabları tam başa düşməsələr də sonradan bu cavabların əslində “Dünyanı sən dəyişdirəcəksən? Hamı kimi yaşa. Diqqət çəkmə. Sonra da vaxtı çatanda bu həyata dair heç bir xoşbəxt xatirə toplamadan tərk et buraları.” demək idi. Bəzən gənclər xüsusilə də uşaqlar xaricdən gələn bu düşüncələri və həyatlarına edilən müdaxilələri öz yaxşılıqları üçün olduğuna inanırlar. Həqiqəti anladıqda isə artıq hər şey üçün gec olur. Həyat çoxdan ötüb gedir, insanın özünə qalan isə yalnızca kədər və peşmanlıq olur. `Heç nə üçün gec deyil.` deyə hərkəsin inandığı böyük bir yalan var. Hər nə qədər bəzi şeylər üçün gec olmasa da həyat insanın öz xəyallarını gerçəkləşdirməsi üçün tək bir şans verir. Bu şansı qaçırdanlara isə yeni bir seçim haqqı verilmir. Bu döngüdən ayrıla bilən çox az uşaq vardır. Onlar da yaşadıqları dünyanın acı həqiqətləri qarşısında daha çox dözə bilməyib yavaş yavaş tərk ettikləri topluma qayıdacaqlar. “İnsan on altı yaşında dünyanı dəyişdirə biləcəyinə inanar. On səkkiz yaşında düşüncələri sərt bir qayaya çırpılar. İyirmi yaşında heç nəyi dəyişdirə bilməyəcəyini və bu dünyanın artıq onu dəyişdirdiyini anlayar. Və insan iyirmi beş yaşında ölər, amma yetmiş beş yaşında torpağa verilər.” deyə bir söz vardır. Məncə insanın dünyaya qarşı hissettiklərini bu cümlələrdən başqa heç nə daha yaxşı əvəz edə bilməz. İnsanların həyatları hələ uşaqlıqdan bəri gələcəkdə irəliləyəcəyi istiqaməti təyin edir. İradəsi bu  qüvvəyə qarşı gələ bilənlər taleyin oyunlarına qalib gələ bilirlər. Lakin təəssüf ki çox insan bu mövzuda uğurlu deyil. Düşündükdə əslində bütün bunlara görə günahlandıra biləcəyimiz çox insan var. Yalnız bunu da yaddan çıxarmamaq lazımdır ki gəmi yalnızca içəridən su aldıqda batır. Deməli hərkəsin daxilində qeyri iradi olaraq bir boşluq var. Bəziləri bu boşluğu tamamlaya bilib qaranlığın öz işığını söndürməsinə icazə vermir, bəziləri də bu boşluğu daha da böyüdərək qaranlığın gəminin içinə sızan su kimi işığını söndürməsinə icazə verir. Lakin burada `Hər şey insanın öz əlindədir` deməyəcəyəm. Çünki güclü olmaq belə kiçik yaşlardan bəri insanın qəbul etdiyi anlayışlardan biridir. Hər nə qədər də insanların gələcəkdə dəyişmə ehtimalı ola biləcəyinə çoxluq inansa da, mən bir insanın keçmişdə necədirsə elə olduğu kimi qaldığını düşünürəm. Dəyişən deyil də insanların öyrəndiyi bəzi şeylər var sadəcə. Zaman keçdikcə öyrənilən və insanların bunu dəyişim olaraq zənn etdiyi şeylər. İnsan ruhuna maskalar taxmağı öyrədir sadəcə. Hissetdiyi duyğulardan düşündüyü fikirlərə qədər öz iradəsi belə olmadan planlaşdırır əslində hər şeyi. Keçmişini və bu zaman kəsiyindəki özünü yaxşı gizlətməyi bacaranların dəyişdiyini düşünür insanlar. İnsanın özü belə bəzən o qədər çox maska taxmaq məcburiyyətində olur ki özünü unudur bir müddət sonra. 

Başlıqda verilən suala cavab olaraq demək istəyirəm ki uşaq da var, kadr da. Yalnız bir biriylə qarşılaşacaq təsadüf yoxdur. Ya kadr uyğun olur ya da uşaqlar. Bu iki anlayış heç vaxt üst üstə düşmür. Hər nə olursa olsun əlbəttə ki `heç nəyi düzəltmək olmur` deyə mübarizəni yarıda kəsmək düzgün deyil. Önəmli olan bu savaşı qazanmaq deyil mübarizəni durmadan davam etdirməkdir. Çünki sonda insan hər şeyə rəğmən mübarizə etməyi dayandırmadığını bu yolda qarşısına çıxan maneələrdən bir an belə olsun geri dönmədiyini özü bilir. Artıq özü ilə barışa bilər. Çünki yaşadığı dünyaya rəğmən heç vaxt öz ruhuna, ideallarına, düşüncələrinə xəyanət etmədi. O bu dünyanı dəyişdirə bilməsə də digərlərinin əksinə bu dünya da onu dəyişdirə bilmədi. Ən önəmlisi də elə budur. 

NƏRMİN HACIYEVA

azAZ