KİTAB OXUYAN 22 MARAQLI İNSAN TİPİ

Kitab oxumaq fərqli dünyalara səyahət etmək istəyən insanların seçimidir. İnsanların düşüncələri, xarakterləri bir birindən müxtəlif olduğu kimi oxuduğu kitabların növləri və səyahət etdikləri aləmlər də fərqlilik göstərir. Reallıqdan qaçmaq və dünyanın bütün çirkin həqiqətlərini öyrənib fiziki olaraq buranı tərk edə bilməsə də, ruhunu buradan xilas etmək istəyənlər üçün kitablar bir qurtuluşdur. Saxta və səmimiyətsiz insanlar arasında kitab qəhrəmanları ən sadiq dostlardır. Gerçək həyatın deyil də, kitablarda canlanan və hər oxuyucuya özəl olan aləmlərdə yaşanılan həyatın daha maraqlı olduğunu yalnız kitab oxuyanlar bilə bilər. Oxuyucuların hamısı bir birindən fərqlidir və hamının müxtəlif oxuma vərdişləri vardır. İndi isə hələlik 22 tip oxuyucuya nəzər salaq.

1.Yalnız klassik kitab oxuyanlar

Bu oxuyucular digər kitab növlərini oxumağın vaxt itkisi olduğunu düşünür və yalnızca klassik kitab oxumaq lazım olduğunu düşünür. Ətrafda başqa növ kitab oxuyan birini gördükdə həmin dəqiqə o kitabı pisləməyə və oxuyucunu yalnız klassik kitab oxumaq lazım olduğuna inandırmağa çalışır. Bu tip oxuyucular insanların səbrinin düşmənidir və yalnızca klassika oxumaqla müdrik olduqlarını düşünürlər. Oxuduğu kitablarda yazıçının nə demək istədiyini başa düşməsə belə “klassik kitablar oxuyuram” demək üçün oxumağa davam edirlər. Bu tip oxuyucular insan psixologiyasına zərər verən təhlükəli tiplərdəndir. İnsan öz sağlamlığını qorumaq üçün belə insanlardan uzaq durmalıdır. Bir də klassik oxuyub lakin bunu başqalarına göstərmək üçün deyil də, öz sevdiyi üçün oxuyan insanlar var. Bu oxuyucular bütün növ kitablara və oxuyucularına hörmət edirlər. Sadəcə öz seçimləri klassik kitablardır. Birinci qismə nəzərən bu tip oxuyucuların sayı daha azdır.

2.Davamlı olaraq kitab alanlar.

Belə oxuyucular kitab almağı kitab oxumaqdan daha çox sevirlər. Hələ rəflərində oxunmamış kitablar olmasına rəğmən hər dəfə yeni kitablar ala bilərlər. Nəticədə kitab oxumaq kimi kitab almaq da bir hobbidir. Həmçinin oxumadıqları kitabları görüb vicdan əzabı çəkərək bir daha bütün kitabları oxuyub bitirmədən yeni kitab almamağa söz verib hər hansı bir kitabçının qarşısından keçərkən özünü saxlaya bilməyib kitab alan insanlardır bu oxuyucular. Açıqcası kitab almaq həqiqətən çox əyləncəli və maraqlıdır. Kitab mağazalarında çoxlu kitabların arasında vaxt keçirmək, dört bir yanının kitablarla əhatələnmiş olması insana xoşbəxtlik və rahatlıq verir.

4.İntellektual görünməyə çalışanlar.

Bu tip oxuyucular biraz birinci tipdəki oxuyuculara bənzəyirlər. İnsanların onları intellektual və ağıllı zənn etməsi üçün kitab oxuduqlarını hamıya göstərməyə çalışırlar. Belə insanlarla kitablar haqqında söhbət etmək mümkün deyil. Çünki mövzunu kitablardan öz zəka səviyyələrinə dəyişib çox zaman özlərini tərifləməklə məşğul olurlar.

5.Kitabı oxumayıb filminə baxanlar.

Bu tip insanlar kitab oxuduqları zaman hadisələri xəyallarında canlandıra bilmədiklərini irəli sürərək filmlərinə baxmağı üstün tuturlar. Kitab oxumaqdansa maksimum iki saat ayırıb filmə baxmaq onlar üçün daha sərfəlidir.

6.Kitabı bitirmədən filminə baxmayanlar.

Bu tip oxuyucular isə kitabı olan bir filmin kitabını oxumayana qədər o filmi izləmirlər. Kitablarda hadisələr daha ətraflı şəkildə izah edildiyi və kitabdaki obrazları xəyallarında özünəməxsus şəkildə canlandırmaq mümkün olduğu üçün bu üsulu seçirlər. Kitabı bitirdikdən sonra isə artıq rahat şəkildə filminə də baxa bilərlər.

7.Şəkil çəkmək üçün kitab oxuyanlar.

Göstəriş üçün kitab oxuyan insanların başqa bir tipi də məhz belə oxuyuculardır. Düzü onlara oxuyucu demək doğrudur mu bilmirəm. Çünki kitabları yalnızca şəkil çəkdirmək üçün istifadə edir və üz qabığı gözəl görünən kitabları seçirlər. Hətta çox vaxt belə insanların heç kitabı olmur da deyə bilərik. Kitab oxuyan biri ilə rastlaşdıqda və ya kitab olan hər hansı bir yerə getdikdə özünün kitablarıymış kimi göstərərək şəkil çəkirdirirlər. Doğrusu kitabların belə insanların əlində oyuncağa çevrilməsi insanı pis hissetdirir.

8.Digər bölümə nə qədər səhifə qaldığını hesablayanlar.

Bu tip oxuyucular bir bölümü bitirməmiş kitabı yarımçıq qoya bilmirlər. Həmçinin bölümü bitirməyə nə qədər səhifə qaldığını davamlı olaraq hesablayırlar. Bu oxuyucular üçün ən qorxulu vəziyyət bölümlərə ayrılmayan kitablardır.

9.Kitabdakı hadisələri yaşayanlar.

Kitab oxuyarkən kitabın içinə daxil olub oradakı hadisələri özü yaşayırmış kimi hissedən oxuyucular da var. Məncə kitab oxumağın bütün əyləncəli tərəflərini bu oxuyucular əldə edə bilir. Onlar sanki kitabın baş qəhrəmanıymış kimi hissedirlər və baş verən hər bir hadisəni reallıqda öz başlarına gəlmiş kimi qarşılayırlar.

10.Kitabı oxumadan sosial şəbəkələr sayəsində kitaba agah olanlar.

Belə oxuyucular kitabı oxumağa ehtiyac duymadan sosial şəbəkələr sayəsində kitabda baş verən önəmli bütün hadisələrdən xəbərdardırlar. Məncə ən bəxtsiz oxuyucular da məhz bu tipdir. Çünki həyəcanla başladıqları kitabdaki hər hansı vacib bir hadisəni sosial şəbəkədə görərək həmin kitaba qarşı bütün maraqlarını itirirlər.

11.Eyni anda bir neçə kitab oxuyanlar.

Bir kitab yerinə eyni anda bir neçə kitab oxumaq vaxt baxımından daha sərfəli hesab olunur. Hər hansı bir kitabı oxuduqdan sonra fasilə vermək yerinə başqa bir növ kitaba keçmək bir neçə kitabdan eyni anda irəliləmək deməkdir. Hər hansı bir ağır kitabı oxuduqdan sonra dincəlmək üçün nisbətən daha rahat bir kitab oxumaq daha məqsədə uyğundur.

12.Bir gündə bir kitab bitirənlər.

Belə oxuyucular hər ay oxuduqları kitabların sayını daha da artdırmağı hədəfləyirlər. Ayda otuz kitab oxumaq hədəfini tamamlamaq üçün gündə bir kitab bitirirlər. Hətta bəzən bu say daha çox da arta bilər və gündə bir neçə kitab oxumaq kimi çətin hədəflər də seçə bilirlər.

13.Dərsdə kitab oxuyanlar.

Yəqin ki hər sinifdə bu tip bir oxuyucu vardır. Dərsin ən sıxıcı yerində müəllimin görməməsi üçün dərsliyin üstünə oxuduğu kitabı qoyub və gizli gizli həmin kitabı oxumağa başlayan şagirdlər müəllimin onu görməsi riskinə rəğmən oxumağa davam edirlər. Həmçinin dərsdə oxunan kitabın da həyəcanı və hissi tamam fərqli olur.

14.Kitabdaki qəhrəmanlarla danışanlar.

Bu oxuyucular kitabdaki qəhrəmanlarla danışmağı çox sevirlər. Hətta bəzən o qədər fokuslanırlar ki öz özlərinə danışdıqlarını belə hissetmirlər. Kitabdakı obrazlarla bəzən zarafatlaşıb, bəzən mübahisə edirlər. Obrazların verdiyi qərarları sorğulayıb məsləhət verməyə çalışırlar.

15.Cümlələri fosforlu qələmlərlə işarələyib, kitabları postitləyənlər.

Bu oxuyucular kitabdakı ən sevdikləri cümlələri müxtəlif qələmlərlə qeyd edib sevdikləri səhnələr olan yerlərə postit yapışdırırlar.

16.Kitabı bitirmədən öncə son səhifəsini oxuyanlar.

Ən təhlükəli taleyi məhz bu tip oxuyucular yaşayır. Təəccübləndirici sonluğu olan kitablarda hələ kitabı bitirmədən son səhifəni oxuduqları zaman sonda nə olduğunu öyrəndikdə gələn o peşmanlıq hissi insanı heç vax tərk etmir. Əgər kitabın sonunda mühim bir məlumat verilirsə və ya kitab boyunca gizlədilən bir sirr ortaya çıxırsa bu, belə oxuyucular üçün ən təhlükəli haldır. Həmçinin özləri də bu hallarla qarşılaşma risklərinin olduğunu bilirlər. Lakin heç bir qüvvə onları kitabın son səhifəsini oxumağa mane ola bilmir. Bəlkə üst üstə bir neşə dəfə baş qəhrəmanın öldüyünü öyrəndiklərində bu vərdişlərindən qurtula bilərlər. Hər nə qədər əvvəldə kitabın sonu bizə maraqlı gəlsə də kitab bitmədən həmin sonu öyrənmək heç də əyləncəli deyil. Həmçinin artıq sonunu bildiyiniz kitabı tamamlamaq da tam bir əziyyətə çevrilə bilər.

17.Oxuyacağı kitaba qərar verə bilməyənlər.

Oxumaq istədikləri kitabı heç cür seçə bilməyən və buna uzun müddət vaxt sərf edən oxuyucular da vardır. Bu oxuyucular o qədər qərarsızdırlar ki bəzən başladıqları kitabı dəfələrlə yarımçıq qoyub müxtəlif bir kitaba başlaya bilərlər.

18.Əlfəcindən istifadə etməyib kitabın səhifələrini qatlayanlar.

Bu tip oxuyucular dərhal dayandırılması lazım olan insanlardandır. Kitablara qarşı səliqə ilə davrana bilməyən və səhifələrini, üz qabağını korlayan bu oxuyuculara `kitab düşməni` belə deyə bilərik. Kitabları oxumadan öncə onlarla səliqəli davranmağı öyrənmək lazımdır.

19.Qəhvə olmadan kitab oxuya bilməyənlər.

Qəhvə olmadan kitab oxuya bilməyən oxuyucular kimi qəhvə olmadan kitab yazabilməyən yazıçılar da var. Qəhvə həqiqətən də bəzi insanlar üçün həyatın özüdür. Xüsusilə də qış aylarında kitab oxuyarkən yanınızda olması vacib olan içki qəhvədir. Yağış yağarkən pəncərəyə düşən damla səsləriylə birlikdə qəhvə içərək kitab oxumaq həyatın stressindən uzaqlaşıb xoş saatlar keçirməyimizə səbəb olur.

20.Kitab haqqında müxtəlif teoriyalar uyduranlar.

Kitabın hələ ilk səhifəsindən başlayaraq sonuna qədər bu tip oxuyucuların zehnində minlərlə ssenari dolaşır. Təxmin etdikləri sonluq doğru çıxarsa bu xoşbəxt olmaq üçün yetərli bir səbəbdir. Lakin yanlış təxmin ettikdə gələn dəfə doğru tapacaqlarına ümid edirlər və yeni bir kitaba başlayaraq zehinlerində sonsuz ssenarilərə yer açırlar. Xüsusilə dedektif kitablarında sonluğu doğru təxmin etmək hərkəs üçün möcüzəvi bir hadisəyə çevrilir. Yazıçı oxuyucuların sonluğu təxmin edə bilməmələri üçün çalışdığı kimi oxuyucular da yazıçının bu məqsədini pozmağa çalışırlar. Bu oxuyucu tipi arasındaki ən məşhur sual bəlkə də “ Qatil kimdir?” olar. Bəzən də baş qəhrəmanın ölümü kimi gerçəkləşməsi istənilməyən teoriyalar kitab bitənə qədər onları narahat edir.. Oxuyucuların ağlına hər nə qədər sonsuz sayda teoriya gəlsə də bunların çoxu gerçəkləşməyindən qorxduqları sonluqlar olur. Məncə oxuyucuların üzləşmək istəmədikləri başqa bir hal isə kitabın xoşbəxt sonluqla bitməməsidir.

21.Kitab oxuyarkən qeydiyyat aparanlar.

Xüsusilə elmi kitabları oxuyarkən belə oxuyuculara rastlaşmaq olar. Həmçinin bəzən çoxlu obraza sahib olan kitablarda da qəhrəmanları qarışdırmamaq üçün qeydiyyat aparan oxuyucular da var. Bəzən də hiss və duyğularını kitabın üzərinə qeyd edən tiplərə də rast gəlinir. Fəlsəfə, psixologiya kimi diqqət və düşüncə tələb edən kitablarda qeydiyat aparmaq önəm daşıyır. Bəzi insanlar bunun üçün xüsusi olaraq aldıqları dəftərlərdən istifadə etsələr də bəzi insanlar da kiçik yapışqanlı kağızların üzərinə qeydiyyat aparıb bunu kitabın üzərinə yapışdırmağa üstünlük verirlər.

22. Musiqisiz kitab oxumayanlar.

`Musiqi ruhun qidasıdır` deyə boşuna deməyiblər. Bəzi insanlar fokuslanmaq üçün, bəzi insanlar isə kitablarda yaradılmış aləmlərə daha rahat adaptasiya olmaq üçün kitab oxuyarkən musiqi dinləyir. Hətta bəzi kitabların başlanğıcında pleylistlər də olur. Musiqi həmçinin kitab oxumaq vərdişi yaratmaq istəyən insanlara da bu yolda davamlılıqlarını qorumaq üçün yardım edə bilər. Kitabın məzmununa uyğun musiqilər tapmaq da həmçinin əyləncəlidir.

NƏRMİN HACIYEVA

azAZ